Azərbaycanda koronavirus infeksiyasına 144 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 808 min 713-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 585 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 793 nəfərə çatıb.
Virusa yoluxmuş 795 min 222 nəfər (sutka ərzində +112) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 698 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 280 (ötən gün 2 min 700 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 122 min 716 test aparılıb.**
B.Rüstəmbəyov