Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında sərəncam imzalayıb.
Sərəmcamın mətni bazar ertəsi dövlət başçısının saytına dərc olunub.
10 milyon manat məbləğində vəsait Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılacaq.
Azərbaycan Gənclər və İdman Nazirliyinə idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı 15 gün müddətində hazırlayıb təsdiq etmək, hər bir idmançı üçün ayrılmış vəsaitin həmin sərəncamda nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etmək tapşırılıb.
Xəbər verildiyi kimi, V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 99 medal qazanıblar. **