Bolqarıstanın yeni hökuməti qaz nəqlinin mümkün bərpasına dair RF ilə mürəkkəb dialoqa hazırlaşır.
Bolqarıstanın energetika naziri Rozen Xristov bəyan edib: “Əvvəlki hökumət “Qazprom” ilə söhbəti çox çətinləşdirdi – biz bütün Rusiya diplomatlarını qovduq – vəziyyət heç də urəkaçan deyil. Görünür, bizim onlara yaxınlaşmamız lazım olacaq, çox mürəkkəb danışıqların olacağını gözləyirəm, lakin ümid edirəm ki, “Qazprom”dan olan həmkarlar diplomatik olacaqlar və biz tədarükə dair razılığa gələcəyik. Siyasi dəstək və özəl sektorda bütün təmasların dəstəyi ilə çox intensiv danışıqlar aparmalıyıq”, - “Economic” nəşri Xristovun mətbuat konfransında sözlərindən sitat gətirir.
Nazir əlavə edib ki, Bolqarıstan İGB interkonnektoru vasitəsilə Azərbaycan qazının nəqlinin artırılması ilə bağlı Bakı ilə danışıqlara başlayır.
O cümlədən, boru kəməri qazının nəqlinə dair Türkiyə şirkətləri ilə danışıqlar aparılır. **