Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 23-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 23-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.6891 manat/1EUR səviyyəsində (avqustun 22-nə 1.7065 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 23-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0283 manat /1RUB (avqustun 22-nə 0.0286 manat/1RUB) səviyyəsində müəyyən edib.
Avqustun 23-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0939 manat/1TRY səviyyəsində saxlanılıb.*