“Unibank” ASC 2022-ci ilin I yarısında əməkdaşlarının sayını 12,6% - 1873 nəfərədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il dekabrın sonuna “Unibank”ın işçilərinin say həddi 1 664 nəfər təşkil edib.
2021-ci ilin I rübünün sonuna bank işçilərinin say həddi 1782 nəfərə, iyunun sonuna 1873 nəfərə çatıb.
“Unibank” 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının ilk onluğunda yer alır.*
R.Əhmədov