Prezident İlham Əliyev “Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamın mətni avqustun 23-də dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində 2,2 milyon manat ayrılır.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.*
B.Rüstəmbəyov