Azərbaycanda koronavirus infeksiyasına 622 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 809 min 335-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 144 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər (ötən gün 8 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 795 nəfərə çatıb.
Virusa yoluxmuş 795 min 900 nəfər (sutka ərzində +678) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 640 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 442 (ötən gün 2 min 280 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 127 min 158 test aparılıb.*
X.Nəsirzadə