Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev arasında təkbətək görüş keçirilib.
Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, danışıqlar çərşənbə günü Bakıda baş tutub.
“İlk növbədə, qonaqpərvərliyinizə görə Sizə təşəkkür etmək istərdim. Şadam ki, Qazaxıstan Prezidenti kimi ilk dəfədir ki, ölkənizə rəsmi səfərlə gəlirəm. Şübhəsiz ki, bugünkü səfərin mənim üçün xüsusi mənası var. Bugünkü danışıqların yekunu olaraq bir sıra sənədlər imzalanacaq. Əminəm ki, onlar ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə qaldıracaq”, - Tokayev deyib.
Öz növbəsində, Əliyev dəvəti qəbul etdiyinə və Azərbaycana rəsmi səfər etdiyinə görə Tokayevə təşəkkür edib. Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, Qazaxıstan liderinin Bakıya səfəri iki dövlət arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək. **
R.Əhmədov