Azərbaycan prezidenti İlham Əliyev vurğulayb ki, Bakı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, Ukrayna tərəfinə yardım göstərməyə davam edəcək.
Əliyev Ukraynanın milli bayramı Müstəqillik Günü ilə əlaqədar Ukrayna prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.
“Beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Biz Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik”, - Azərbaycan liderinin saytında dərc olunan Əliyevin məktubunda deyilir.
Əliyev vurğulayıb ki, cari ilin yanvarında Kiyevə son səfəri “Azərbaycanla Ukrayna arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli hesab edir”.
Həmçinin, dövlət başçısı əmindir ki, Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlıq iki ölkənin xalqlarının mənafelərinə uyğun olaraq birgə səylər bundan sonra da genişlənəcək. **
B.Rüstəmbəyov