Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Bakı və Nur-Sultan birgə investisiya layihələri icra edə, həmçinin qarşılıqlı yük axının artırılması üçün çalışa bilər.
“Əlbəttə ki, nəqliyyat və logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Həm Qazaxıstan, həm də Azərbaycanda bu infrastrukturun yaradılması üçün vaxtında tədbirlər görülüb. İndi söhbət ölkələrimiz arasında yükdaşımaların həcminin artırılmasından, ölkələrimizin tranzit potensialının artırılmasından gedir. Müvafiq orqanlar bir müddətdir ki, bu istiqamətdə fəal əməkdaşlıq edirlər. Əminəm ki, biz ticarət-iqtisadi əlaqələrin inkişafına da təkan verəcəyik”, - Əliyev çərşənbə günü Bakıda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşüzamanı bildirib.
Əliyev vurğulayıb ki, tərəflər ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlara malikdirlər. “Bu gün gələcək ticari-iqtisadi əməkdaşlığın bəzi istiqamətlərinə dair fikir mübadiləsi apardıq. Qarşılıqlı tədarükün artırılması planında konkretləşə bilərik”, - o əlavə edib.
Azərbaycan prezidenti investisiya sahəsində perpektivlərin olduğunu qeyd edib. “Həm Qazaxıstanda, həm də Azərbaycanda müsbət investisiya iqlimi mövcuddur. Düşünürəm ki, bu istiqamətdə səyləri birləşirərək Azərbaycanda, Qazaxıstanda və digər ölkələrdə birgə investisiya layihələrində iştirakın zamanı çatıb”, - Qazaxıstan prezidentinin mətbuat xidməti Əliyevin sözlərindən sitat gətirir.
O cümlədən, prezident xatırladıb ki, bu yaxınlarda Sumqayıt şəhərinin mərkəzi küçələrinin birinə qazax xalqının görkəmli oğlu, maarifçi, türkoloq Əhməd Baytursunovun adı verilib. **
X.Nəsirzadə