“Astana” Beynəlxalq Maliyyə Mərkəzinin nümayəndə heyəti Bakıda İqtisadiyyat Nazirliyi və Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə görüş keçirib.
“İnterfaks-Azərbaycan” agentliyi “Kazinform”a istinadən məlumat verir ki, xüsusilə iqtisadiyyat naziri Mikayıl Cabbarov və AMB-nin sədri Taleh Kazımov ilə görüşlər keçirilib.
“Tərəflər ABMM ilə Azərbaycanın maliyyə təsisatları arasında maliyyə-iqtisadi əməkdaşlığın inkişafı məsələlərinə dair fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır.
ABMM-nin baş iqtisadçısı Baurjan Bektemirov qeyd edib ki, AMB-nin rəhbərliyi ilə görüşdə müstəqil yurisdiksiyalar və xüsusi zonalarda tənzimlənmə təcrübəsi müzakirə olunub. Bu isə bu gün ƏlətAzadİqtisadiZonasını inkişaf etdirən Azərbaycan üçün vacibdir.
ƏlətAzadİqtisadiZonanın inkişafı transregional inteqrasiyanı möhkəmləndirəcək, bu da Qazaxıstan-Azərbaycan münasibətləri üçün zəruridir.
“Həmçinin, tənzimlənmə sahəsində təcrübə mübadiləsinə təkrarsığorta, aktivlərin idarəedilməsi, həmçinin regional tənzimləyici “Fintech Lab”ın fəaliyyətinin tənzimlənməsi məsələlərinin müzakirəsi daxil idi. Tərəflər ABMM-də Azərbaycanın maliyyə təsisatlarının və finteks-startapların mümkün iştirakını müzakirə ediblər (bu gün ABMM-də iki şirkət Azərbaycanı təmsil edir)”, - məlumatda vurğulanır. **
R.Əhmədov