Azərbaycanda koronavirus infeksiyasına 653 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 809 min 988-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 622 yoluxma faktı qeydə alınmışdı.
COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 795 nəfərə çatıb.
Virusa yoluxmuş 796 min 632 nəfər (sutka ərzində +732) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 561 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 379 (ötən gün 4 min 442 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 131 min 537 test aparılıb.**
B.Rüstəmbəyov
·
·
·
·
·