Çərşənbə günü Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının birinci iclası keçirilib, iclasın yeklarına dair 7 sənəd imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rərbəri Yusif Abdullayev Şuarda çıxışı zamanı qeyd edib ki, quruma 59 şirkət daxildir, bunların 35-I Azərbaycanı, 24-ü Qazaxıstanı təmsil edir.
Həmçinin, AZPROMO-nun rəhbəri bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı ilə gələcəkdə Şurada təmsil olunan şirkətlərin sayı artacaq.
İclasın yekunlarına dair protokol imzalanıb, daha sonra Azərbaycan və Qazaxıstan şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib.
O cümlədən, bir sıra sənədlər imzalanıb: AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum; Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş; Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” arasında Anlaşma Memorandumu; “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” MMC arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum; “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, “Cool İnfinity”” və “Foodcity Alliance” arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum; “KTZ Express Hong Kong Limited” MMC və “ADY Container” MMC arasında Tərəfdaşlıq Saziş. **
B.Rüstəmbəyov