2021-ci il ərzində “AzərbaycanMeliorasiya və Su Təsərrüfatı”ASC-nin xalis mənfəəti 79 milyon 137,61 min mnaat təşkil edib, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 4,5 dəfə azdır.
Cəmiyyətin satında dərc olunmuş 2021-ci il ərzində maliyyə hesabatına əsasən, gəlirləri 628 milyon 884,143 min manat (azalma 28,2%), həmçinin, birjadankənar gəlirləri 500 milyon 405,182 min manat (azalma 12,4%) təşkil edib.
Ötən il ərzində cəmiyyətin xərcləri 549 milyon 746,533 min manat (artım 5,2%) təşkil edib. Həmçinin, hesabat ilində cəmiyyətin amortizasiya xərcləri 226 milyon 568,236 min manat (artım 19,6%) və ya 2021-ci il ərzində xərclərin 41,2%-ni təşkil edib.
2021-ci ildə cəmiyyətin aktivləri 2,7% - 3 milyard 539 milyon 114,460 min manatadək, kapitalı 2,6% - 3 milyard 524 milyon 581,22 min manatadək, öhdəlikləri 1,5 dəfə - 14 milyon 533,24 min manatadək artıb.
“Meliorasiya və Su Təsərrüfatı” ASC Azərbaycan prezidentinin 2006-ci il 23 fevral tarixli fərmanına əsasən yaradılıb. Hazırda cəmiyyətin ştatı 19,439 min nəfərdən ibarətdir, orta məkhaqqı – 408,5 manatdır. **
X.Nəsirzadə