Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanla qarşılıqlı ticarət dövriyyəsinin $1 milyarda qədər artırılmasını real hesab edir.
“Qazaxıstan prezidenti bizim hədəflədiyimiz rəqəmi səsləndirdi – 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi. Məncə, hər iki tərəfin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, bu, tamamilə realdır”, - Əliyev bu gün Bakıda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatlarla çıxışında bildirib.
Əliyev qeyd edib ki, bu gün söhbətlər və müzakirələr çərçivəsində əmtəə dövriyyəsinin necə artırılması məsələsinə toxunulub.
“Fikrimcə, əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətimizin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi öz növbəsində daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verəcək”, - Azərbaycan prezidenti əlavə edib.
Çərşənbə günü Tokayev Bakıda bəyan edib ki, “ölkələrimizin hökumətləri artıq ən yaxın zamanda ticarətin həcmini $1 milyarda çatdırmaq üzərində çalışmalıdırlar”.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi $330 milyonu ötüb. **
A.Əzizov