Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin baş nazirləri Hökumətlərarası Şuranın avqustun 25-26-da Çolpon-Ata şəhərində (Qırğızıstan) keçirilməsi planlaşdırılan iclasında əyani şəkildə iştiraklarını təsdiqləyiblər. Bu barədə “İnterfaks”a Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
İclasda Ermənistanın baş naziri Nikol Paşinyanın, Belarusun baş naziri Roman Qolovçenkonun, Qazaxıstanın baş naziri Alixan Smailovun və RF Hökumətinin sədri Mixail Mişustinin iştirakı gözlənilir.
Həmçinin Hökumətlərarası Şuranın iclasında Özbəkistanın baş naziri Abdulla Aripov və Azərbaycanın baş naziri Əli Əsədov da iştirak edəcəklər.
İclas Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarovun sədrliyi ilə keçiriləcək.*