İtaliyanın qaz anbarlarının doluluq səviyyəsi 80%-ə çatıb və oktyabra qədər 90% təşkil edə bilər. Bunu İtaliyanın baş naziri Mario Draqi avqustun 24-də Riminidə keçirilən tədbirdə çıxışı zamanı deyib.
İtaliya keçən il Əlcəzair və Azərbaycandan yeni qaz tədarükü mənbələri hesabına Rusiya qazından asılılığı 40%-dən iki dəfə azaltmağa müvəffəq olub”, - deyə “MarketWatch” Draqiyə istinadən xəbər verir.
Baş nazir qeyd edib ki, ölkə iki yeni təkrar qazlaşdırma terminalı inşa edə biləcəyi təqdirdə 2024-cü ilədək Rusiya təbii qazından asılılığı tamamilə aradan qaldıra biləcək.*