Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzi (ƏTPM) 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi evlərin və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinə “Parlaq-N” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyiwww.etender.gov.azsaytında dərc olunmuş məlumata istinadən xəbər verir ki, şirkətlə 2 milyon 501,6 min manat məbləğində müqavilə bağlanıb.*
B.Rüstəmbəyov