Mayeləşdirilmiş təbii qazın qiyməti “Qazprom” şirkəti ilə müqavilə üzrə Rusiya qazının tədarük qiymətindən 50% yüksəkdir. Bunu Bolqarıstanın energetika naziri Rosen Xristov deyib.
Onun sözlərinə görə, “Qazprom Eksport” ilə qüvvədə olan müqavilə üzrə qiymət düsturu əsasında aparılan hesablamalar göstərir ki, bu qaz Azərbaycan qazından sonra ikinci ən ucuz qazdır.
Sentyabrda Yunanıstan vasitəsilə çatdırılma şərti ilə əvvəlki hökumətin sifariş etdiyi iki mayeləşdirilmiş təbii qaz partiyasının qiyməti isə “Qazprom” tərəfindən tədarük edilən qazın qiymətindən 50% yüksəkdir.*