Azərbaycanda koronavirus infeksiyasına 601 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 810,589 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 653 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9795 nəfər təşkil edir.
Virusa yoluxmuş 797,167 min nəfər (sutka ərzində +535) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3627 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3614 (ötən gün 4379 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 135,151 min test aparılıb.*
X.Nəsirzadə