Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədov və Mixail Mişustin bu gün Çolpon-Ata şəhərində (Qırğızıstan) keçirilən görüşdə Qarabağa dair əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin vacibliyini bəyan ediblər.
“Bugünkü gündəlikdə bir çox məsələ regionumuzda baş verən son hadisələrlə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələlərdə qərarların qəbul edilməsində tez-tez RF-nin rolundan danışır" - deyə Əsədov bildirib.
O qeyd edib ki, baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində həll olunan nəqliyyat kommunikasiyaları ilə bağlı məsələlər də var. “Orada ciddi işlər gedir. Ümid edirik ki, bu, axıra qədər belə davam edəcək”, - deyə Əsədov əlavə edib.
Mişustin razılaşmaların və onlara riayət edilməsinin vacibliyini vurğulayıb. “Regionda gərginliyin azaldılması üçün qəbul edilmiş bütün qərarları təmin etmək çox vacibdir (...)”, - deyə o bildirib.*