Avqustun 25-də Çolpon-Ata şəhərində (Qırğızıstan) Azərbaycan Respublikasının baş naziri Əli Əsədov ilə Belarus Respublikasının baş naziri Roman Qolovçenko arasında işgüzar görüş keçirilib.
“Bu ilin may ayında Bakıya səfərim zamanı apardığımız səmərəli konstruktiv söhbətdən sonra sizinlə burada görüşməkdən məmnunam. Çox yaxşıdır ki, siz vaxt və imkan tapıb Qırğızıstana gələ bildiniz. Mən ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə etmək üçün bu fürsətdən istifadə etməyə bilməzdim”, - deyə Qolovçenko bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin Belarus mətbuatına istinadən verdiyi xəbərə görə, Əsədov bildirib ki, Belarus baş nazirinin may ayında Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına kömək edib. “Əminəm ki, bu müsbət dinamika davam edəcək. “Həm iqtisadi, həm də siyasi sahədə ikitərəfli münasibətlərimizi daha da zənginləşdirmək üçün işləməliyik. Əminəm ki, bu çətin dövrdə hər iki iqtisadiyyatın maraqlarına cavab verəcək konkret addımlar müəyyən ediləcək”, - deyə o əlavə edib.*
R.Əhmədov