Azərbaycanda koronavirus infeksiyasına 542 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 811,131 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 601 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan bir ölüm halı qeydə alınıb (ötən gün vəfat edən olmayıb). Ölənlərin ümumi sayı 9 796 nəfər təşkil edir.
Virusa yoluxmuş 797,668 min nəfər (sutka ərzində +501) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 667 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 659 (ötən gün 3 614 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 138,81 min test aparılıb.**
X.Nəsirzadə