Cümə günü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyeva paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində 334 saylı tam orta məktəbin yeni inşa edilmiş binasının açılışında iştirak edib. Bu barədə prezidentin saytında məlumat verilir.
800 yerlik yeni məktəb binasında tədris üçün hər cür şərait yaradılıb.
Həmçinin, birinci xanım Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində 277 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulan binasının açılışında iştirak edib. 220 yerlik körpələr evi-uşaq bağçası iki korpusdan ibarətdir. **
X.Nəsirzadə