2022-ci ilin yanvar-iyul aylarında Ukrayna 516,807 neft və neft xammalı idxal edib, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 16,4% azdır.
Ukrayna Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yeddi ay ərzində $346,377 milyon dəyərində xammal idxal olunub, bu da bir il əvvələ olan göstəricidən 29,6% çoxdur. Həmçinin, Azərbaycandan - $346,195 milyon, Liviyadan - $0,182 milyon dəyərində xammal idxal edilib. Cari ilin iyul ayında Ukrayna neft idxal etməyib. **