Bakıda cari ayın sonunda Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək görüşündə sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkilinin razılaşdırılacağını gözləyirlər.
“Bu ayın sonunda Brüsseldə Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq”, -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev şənbə günü Şuşada deyib.
Yerli mətbuatın məlumatına görə, Hacıyev əlavə edib ki, bu ayın sonunda Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri Moskvada görüşəcəklər. Onlar nəqliyyat-kommunikasiya və sərhədin delimitasiyası məsələlərini müzakirə edəcəklər.
Avqustun 31-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurası prezidenti Şarl Mişel Brüsseldə görüşəcəklər. **
R.Kərimov