Qarabağ məsələsi həll olunub, ATƏT-in Minsk qrupu tarixə çevrilib. Bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevbəyan edib.
“Mövcud məsələlərin həlli üçün vasitəçi kimi Minsk qrupuna müraciət etməyə çəhd edənlərə mesajım var: vasitəçi tələb edən beynəlxalq problem olmadığı kimi, bu qrup da yoxdur”, - Hacıyev Şuşada bildirib. Yerli mətbuatı Hacıyevin sözlərindən sitat gətirir.
O davam edib ki, ABŞ və Fransa Qarabağ probleminin sülh yolu ilə həllinə heç bir töhfə verməyib. Bu ölkələrin səfirləri isə dəfələrlə dəvətə baxmayaraq, Şuşaya səfər etməkdən açıq şəkildə imtina edirlər.
“Bunu Azərbaycanın ərazi bütövlüyünün tanınmaması kimi qiymətləndirmək lazımdır”, - Azərbaycan prezidentinin köməkçisi qeyd edib.
Onun sözlərinə görə, 2020-ci ildə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu Xankəndini azad etməyə çox yaxın idi. Lakin mülki əhali arasında itkilərin olmaması üçün bunu etməyib.
O cümlədən, Hacıyev bir ölkənin, Azərbaycanın vətəndaşları - azərbaycanlılar və Qarabağ ermənilərinin birgəyaşayış imkanını vurğulayıb. **
R.Kərimov