Azərbaycan hökuməti yaxın illərdə Şuşa şəhərinə bir neçə min sakinin qayıdacağını gözləyir, 2040-cı ilə qədər şəhər sakinlərinin sayı 20-23 min nəfər təşkil edəcək. Bu barədə Azərbaycan prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovbəyan edib.
“Yaxın 5-7 ildə biz Şuşaya bir neçə min sakinin qayıdacağını gözləyirik”, - Kərimov şənbə günü bildirib.
O əlavə edib ki, hədəf 2040-cı ilə qədər Şuşa şəhərinin əhalisinin sayını 20-23 min nəfərə çatdırmaqdır. **
R.Əhmədov