Azərbaycanda koronavirus infeksiyasına 428 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 811 min 559-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 542 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 805 nəfərə çatıb.
Virusa yoluxmuş 798 min 143 nəfər (sutka ərzində +475) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 611 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 215 (ötən gün 3 min 659 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 142 min 25 test aparılıb.**
R.Kərimov