İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Özbəkistanın “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov və General Motors International şirkətinin vitse prezidenti Coni Saldana ilə görüşü zamanı maşınqayırma sahəsində əməkdaşlıq müzakirə olunub. Bu barədə şənbə günü Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“Tərəflər maşınqayırma sahəsində əməkdaşlığın inkişafı, o cümlədən digər ölkələrin bazarlarına birgə ixracın genişləndirilməsi barədə müzakirə aparıblar”, - məlumatda deyilir.
Bildirilir ki, görüş zamanı Azərbaycanla Özbəkistan arasında arasında ticarət dövriyyəsinin artmı qeyd edilib. Bununla belə, tərəfdaşlığın gücləndirilməsi üçün böyük imkanlar var.
Özbəkistan şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən biznes layihələrində fəal iştiraka dəvət olunub. **
R.Kərimov