Şənbə günü SOCAR-ın Müşahidə Şurasının üzvü İsrafil Məmmədov və SOCAR-ın prezidenti Rövşən Nəcəfin iştirakı ilə SOCAR-ın nümayəndə heyəti "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda "Mərkəzi Azəri" platformasına səfər edib. Bu barədə SOCAR-dan məlumat verilib.
Qeyd olunur ki, səfər "Mərkəzi Azəri" platformasına yerində baxış keçirmək, onun fəaliyyəti ilə yaxından tanış olmaq, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə etmək məqsədi daşıyıb.
Səfər çərçivəsində SOCAR-ın nümayəndə heyətinin bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns və bp-nin regional rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib.
"Mərkəzi Azəri" platforması AÇG yataqlar blokunun işlənməsi çərçivəsində 2005-ci ildə istifadəyə verilib və gündəlik 420 min barel neftin texniki emalı üçün nəzərdə tutulur. **
R.Kərimov