Azərbaycanda koronavirus infeksiyasına 557 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 812 min 116-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 428 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, COVID-19-a sutkalıq yoluxma sayı təxminən 30,1% artıb
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 9 nəfər vəfat edib).
Ölənlərin ümumi sayı 9 min 805 nəfər təşkil edir.
Virusa yoluxmuş 798 min 719 nəfər (sutka ərzində +576) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 592 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 320 (ötən gün 3 min 215 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 145 min 345 test aparılıb.**
R.Kərimov