Bazar günü “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda aparılan təmir işləri zamanı meydana gələn açıq fontan ləğv edilib.
“İnterfaks-Azərbaycan” agentliyinə “Azneft” İB-dən məlumat verilib ki, istismar quyusunda qeydə alınan açıq fontan tam lokallaşdırılıb, quyu bağlanılaraq nəzarətə götürülüb.
Əlavə olunub ki, hadisə nəticəsində yanğın baş verməyib, xəsarət alan olmayıb. **
R.Əhmədov