Bazar günü gün Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb, təyyarə Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib”, - məlumatda deyilir.
FHN-dən bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. **
R.Kərimov