Bazar günü İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bəyan edib ki, İran, Azərbaycan və Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisi layihəsinə birgə sərmayə yatırmaq niyyətindədirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İranın “Kayhan” nəşrinə istinadən məlumat verir.
Nazir müavini qeyd edib ki, sərmayə qoyuluşu məsələsi Azərbaycanda keçiriləcək görüş zamanı müzakirə ediləcək. O, görüşün tarixini dəqiqləşdirməyib. **
R.Əhmədov