İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobilinin tədarükü üçün podratçı seçir.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, seçim açıq tender üsulu ilə həyata keçirilir.
Tenderdə iştirak haqqı 1,5 min manatdır.
Sənədlər 10 oktyabr 2022-ci il saat 18.00-dək qəbul olunur. Təklif zərfləri 11 oktyabr saat 16.00-da açılacaq.
Tender predmetinin qiyməti $3 milyonu ötür.*
B.Rüstəmbəyov