Sentyabrın birinci ongünlüyündə Bakıda Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“İclas 5-6 sentyabr tarixlərinə planlaşdırılıb”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, bu, 3 ilə yaxın fasilədən sonra komissiyanın ilk iclası olacaq (10-cu iclas 2019-cu ilin noyabr ayında Tokioda keçirilib – İF).
Komissiyanın Azərbaycan tərəfdən həmsədri ekologiya və təbii sərvətlər naziridir.*
R.Əhmədov