Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti, “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev 2022-ci ilin I yarısında bankın nizamnamə kapitalındakı payını 11,48%-dən 14,45%-ə qədər artırıb.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi məlumata görə, I yarımillikdə Seyran Nuriyev də “Rabitabank”ın nizamnamə kapitalındakı payını 10,46%-dən 14,51%-dək artırıb.
Bankın kapitalında Validə Abbasovanın payı 27,04%-dən 20,13%-dək azalıb.
Rauf Əliyev 40,60% payla bankın əsas səhmdarı olaraq qalır.
Bankın kapitalında qalan paylar digər səhmdarlara məxsusdur.
“Rabitəbank”ın səhmdarları 13 fiziki şəxsdir. 2022-ci il iyunun 30-na bankın səhm kapitalı 101,3 milyon manata bərabərdir.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və aktivlərinin həcminə görə ölkənin 8-ci bankıdır.*
R.Əhmədov