“Yelo Bank” 2022-ci ilin I yarısında işçilərinin say həddini artırıb.
“İnterfaks-Azərbaycan” agentliyinin bankın I yarımilliyə dair hesabatına istinadən verdiyi məlumata görə, cari ilin iyun ayının 30-na “Yelo Bank”da 1 min 12 nəfər (2021-ci ilin sonuna 948 nəfər) çalışıb. Beləliklə, I yarımillikdə bankın işçilərinin say həddi 6,7% artıb.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı Marina Kulişovadır (kapitalda 98,94% paya malikdir).*
R.Əhmədov