Avqustun 30-da Sankt-Peterburqun Turizmin İnkişafı Komitəsi tərəfindən Bakıda şəhərin turizm potensialına həsr olunmuş silsilə təqdimatlar keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyindən məlumat verilib.
Roud-şouda Azərbaycanın turizm firmalarının nümayəndələri iştirak edəcəklər.
“Roud-şou son üç ildə Azərbaycanın paytaxtında bu cür miqyasda ilk peşəkar tədbir olacaq”, - deyə nümayəndəlikdə vurğulayıblar.
Hazırda Azərbaycandan olan turistlər Rusiyaya həyata keçirilən səfərlərin həcminə görə 14-cü yerdədir, lakin Azərbaycan bazarının potensialı tükənməyib və perspektivdə çox yüksəkdir.
Bakıda keçirilən roud-şou Sankt-Peterburqun turizm potensialını əks etdirən təqdimatları MDB ölkələrində başa çatdıracaq.*
X.Nəsirzadə