Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman diplomatik missiyasının başa çatması münasibətilə bu ölkənin xarici işlər naziri Şeyx Əhməd Nasir Əl-Məhəmməd Əl-Sabah tərəfindən qəbul edilib. Bu barədə Azərbaycanın Küveytdəki səfirliyinin “Twitter” hesabında məlumat verilib.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi xəbərə görə, Prezident İlham Əliyev avqustun 19-da Elxan Qəhrəmanın Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması və bu posta Emil Kərimovun təyin edilməsi haqqında sərəncamlar imzalayıb.*
E.Şəfiyev