İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan avqustun 31-də Moskvaya işgüzar səfər edəcək.
Rusiya XİN-dən verilən məlumata görə, o, rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.
“Görüş zamanı Ukrayna, Suriya, Əfqanıstan, Cənubi Qafqaz və Xəzər dənizi ətrafındakı vəziyyət müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.*