BOKT "İnternational" QSC2 milyon manatlıq istiqarzların emissiyasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilir.
Emissiya nominal dəyəri 100 manat olan 20 min ədəd istiqraza bölünüb.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 13%, tədavül müddəti 18 aydır (faizlər rübdə bir dəfə ödəniləcək).
İstiqrazların yerləşdirilməsinin anderrayteri qismində “AzFinance” İnvestisiya şirkəti” QSC çıxış edir.
BOKT "İnternational" QSC21 may 2013-cü ildən etibarən bazarda fəaliyyət göstərir. Yeganə səhmdarı Rifat Həsənovdur. BOKT-un nizamnamə kapitalı 3 milyon manat, aktivləri – 19 milyon 961,169 min manat (2021-ci ilin sonuna), kredit portfeli – 17,7 milyon manat təşkil edir. 2021-ci il ərzində xalis mənfəəti 410,553 min manatdır. **
X.Nəsirzadə