Azərbaycan İkinci Qarabağ müharibəsi sona çatandan sonra (10 noyabr 2020-ci ildən etibarən) 1713 erməni hərbçisinin meyitini İrəvana təhvil verib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov bəyan edib.
Onun sözlərinə görə, erməni hərbçilərinin meytləri müharibə dövründə hərbi əməliyyatlar aparılan ərazidə tapılıb.
Çərşənbə axşamı Axundov Bakıda keçirilən “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda bildirib ki,
Vətən müharibəsindən sonra Azərbaycan, Ermənistan və RF liderlərinin imzaladıqları üçtərəfli bəyanatdan sonra Ermənistan Bakıya 25 nəfəri (19 hərbçi, 6 mülki) təhvil verib. Onlardan 5 nəfəri (bir hərbçi, 4 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir (İkinci Qarabağ müharibəsindən əvvəl).
Öz növbəsində, 10 noyabr 2020-ci ildən sonra Azərbaycan tərəfi 159 nəfəri (118 həbçi, 41 mülki, o cümlədən 5 qadın) İrəvana təhvil verib. Onlardan 6 nəfəri (4 hərbçi, 2 mülki) 27 sentyabr 2020-ci ildən əvvəl saxlanılmış şəxslərdir. **
R.Əhmədov