Avropa İttifaqı Şurası prezidenti Şarl Mişel bəyan edib ki, Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqları keçirəcək.
“Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə sabah baş tutacaq dördüncü görüş öncəki hazırlıq zəngləri”, - Mişel Twitter hesabında yazıb.
Avqustun 31-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurası prezidenti Şarl Mişel Brüsseldə görüşəcəklər. Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib ki, Azərbaycan tərəfi ümid edir ki, “bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq”. **
E.Şəfiyev