2022-ci ilin 8 ayı ərzində Azərbaycandan Rusiyaya turist axını 200 min nəfərə yaxın təşkil edib, cari ilin yekunları üzrə turist axını 300 min nəfər təşkil edə bilər. Bu barədə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasınınrəhbəri Rüfət Hacıyev bəyan edib.
“Cari il avqustun sonuna 200 minə yaxın Azərbaycan vətəndaşı Rusiyaya səfər edib. Bu deməkdir ki, 8 ay ərzində biz kovid öncəsi göstəricilərə qayıdırıq”, - Hacıyev çərşənbə axşamı Bakıda Sankt-Peterburqun turizm potensialına həsr olunan tədbirdə bildirib.
“İnterfaks-Azərbaycan” agentiyinin müxbiri məlumat verir ki, Hacıyevin qiymətləndirmələrinə əsasən, cari ilin yekunları üzrə Azərbaycan turistlərinin Rusiyaya axını təxminən 300 min nəfər təşkil edə bilər.
Öz növbəsində, RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov qeyd edib ki, Rusiyada turist axınında Azərbaycan turistləri 14-cü yerdədirlər. “Hazırki mərhələdə Rusiyaya turist səfərlərinin sayına görə Azərbaycan 14-cü yerdədir. Bizim birgə vəzifəmiz Azərbaycanın Rusiyaya səfərlər üzrə TOP-10-a daxil olmasıdır”, - Mirsayapov vurğulayıb. **
X.Nəsirzadə