Azərbaycanda koronavirus infeksiyasına 568 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 812 min 248-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 132 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 805 nəfər təşkil edir.
Virusa yoluxmuş 799 min 479 nəfər (sutka ərzində +612) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 532 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 28 (ötən gün 1 min 841 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 151 min 214 test aparılıb.**
E.Şəfiyev