Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 31-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7067 manat/1EUR səviyyəsində (avqustun 30-na 1.6999 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 31-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0284 manat/1RUB səviyyəsində (avqustun 30-na 0.0276 manat/1RUB) müəyyən edib.
Avqustun 31-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0935 manat/1TRY səviyyəsində müəyyən saxlayıb.**
E.Şəfiyev