2022-ci ilin birinci yarısında “Bank Respublika” ASC biznesin kreditləşməsi, daşınmaz əmlakın kreditləşməsi və istehlak kreditləri üzrə portfeli artırıb.
“İnterfaks-Azərbaycan” bankın yarımillik hesabatına əsasən məlumat verib ki, 2022-ci il iyunun sonuna “Bank Respublika”nın biznes kreditləri üzrə portfeli 589,311 milyon manat həcmində qiymətləndirilir (yanvar-iyunda artım 14%).
İyunun 30-na istehlak kreditləşməsi üzrə portfel 200,873 milyon manat (artım 42,7%), daşınmaz əmalk ilə əməliyyatların kreditləşməsi üzrə portfel – 67,823 milyon manat (artım 9,4%) təşkil edir.
Ümumilikdə, 2022-ci ilin yanvar-iyun aylarında bank kredit portfelini 19,2% - 858,248 milyon manatadək artırıb.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT daxildir (4,25%). Bankın əsas səhmdarı sahibkar Natiq Quliyev və onun qohumlarıdır. **
A.Əzizov