2022-ci ilin yanvar-iyun aylarında “Bank Respublika” ştatı artırmağı davam etdirib.
“İnterfaks-Azərbaycan” bankın yarımillik hesabatına istinadən məlumat verir ki, 2022-ci il iyunun sonuna bankda 1408 nəfər çalıbı (2021-ci ilin sonunda 1250 nəfər).
Beləliklə, 2022-ci ilin birinci yarısında bank ştatını 12,6% artırıb.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT daxildir (4,25%). Bankın əsas səhmdarı sahibkar Natiq Quliyev və onun qohumlarıdır. **
X.Nəsirzadə